01:34 - Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
01:28 - Ədliyyə Nazirliyi siyasi partiya barədə məhkəməyə müraciət etdi
01:27 - Azərbaycan millisi FIFA reytinqində irəliləyib
01:26 - Azərbaycan və İran hərbiçilərinin birgə təlimi başa çatıb
01:25 - Kəmaləddin Heydərov rəisi işdən çıxardı
01:24 - Şəhərlərarası avtobuslar yenilənib
01:21 - Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib
01:18 - Azərbaycanın dövlət borcu açıqlanıb
17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
17:16 - Sahib Məmmədov: "COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir"
17:14 - Qurban Qurbanov: "Lion" çox keyfiyyətli komandadır"
17:11 - İqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılacaq
17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
Rusiya Bakını HƏDƏLƏDİ - Kreml Qarabağı işğal edəcəyinin MESAJINI VERDİ
VETENİM-AZERBAYCANDIR.AZ
Rusiya üçün İrəvan hər halı ilə Moskvaya Bakıdan bir neçə köynək daha yaxındır. Rusiya hakim elitasında belə bir fikir formalaşıb ki, Ermənistan olmasa, Rusiya da Cənubi Qafqazda mövcud olmayacaq. Bu səbəbdən Moskva İrəvanın hər kaprizinə dözmək məcburiyyətindədir. Kreml nə Ermənistandan imtina edəcək, nə də onu özündən küsdürəcək daha artıq addımlar atacaq.
Bu fikirlər Moskvada bir neçə gün öncə Sergey Lavrovla erməni həmkarı Ararat Mirzoyan arasındakı mətbuat konfransında da bir daha öz təsdiqini tapdı. Belə ki, Ermənistan xarici işlər naziri A.Mirzoyan növbəti dəfə ölkəmiz əleyhinə təxribatçı açıqlamaları ilə diqqət mərkəzinə düşdü. Doğrudur, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada görüşən və ortaq mətbuat konfransında ölkəmiz əleyhinə təxribatçı açıqlamalar verən Mirzoyan barədə bəyanat yaydı, onun ağzının üstündən vurdu. Amma öyrəşmişə töbə yoxdur.
Həmin mətbuat konfransında digər diqqət çəkən məqam Rusiya XİN rəhbərinin adı ilə bağlıdır. Sergey Lavrov Ararat Mirzoyan kimi olmasa da dolayısı ilə Azərbaycanı hədələyib. Konkret desək, Lavrov erməni həmkarlından geri qalmayıb. Rusiya XİN rəhbərinin Donbasla "Dağlıq Qarabağ" arasında paralellər apararaq azlıqların dil, mədəniyyət və digər hüquqlarının qorunması vacibliyini bildirməklə, rəsmi Bakıya mesaj göndərmək istəyib ki, əgər gələcəkdə Qarabağdakı etnik ermənilərin hüquqlarını tapdalayacaq hansısa bir neqativ addım görəcəyimiz təqdirdə Qarabağın dağlıq hissəsinin də taleyi Donbasın taleyini yaşayacaq.