00:14 - GÖKLERDEN MANEVI RIZIK GELDİ VE CAN SOFRASI KURULDU
20:24 - Azərbaycan səfiri etimadnaməsini İsrail Prezidentinə təqdim etdi - FOTO
18:03 - Qurban Qurbanov “Qalatasaray”la oyuna daha bir futbolçu dəvət etdi
18:01 - “Rusiya sülhməramlılarının addımları Putinin imzası olan üçtərəfli bəyanata ziddir” - RƏY + FOTO
17:58 - Beynəlxalq təhlilçi Azərbaycanı Fransa ilə müqayisə etdi – VİDEO
17:37 - Lavrov: “ABŞ bütün sərhədləri aşıb”
17:23 - Klub prezidentləri Şəhidlər Xiyabanında... - Fotolar
17:17 - “Bu, haylara, eləcə də İrana ibrət dərsidir”
11:56 - Ceyhun Bayramov Çavuşoğlu ilə danışdı
00:23 - Müqəddəs Ramazan ayının ilk günlərində şəhid anası, Dürnisə Əliyeva ziyarət olundu.
17:16 - Ermənistan müharibə istəsə də, sülh müqaviləsi imzalayacaq
16:24 - Mirzoyanın iddialarına - XİN-dən cavab Mirzoyanın iddialarına
Sumqayıtda Novruz bayramı münasibətilə ümumşəhər tədbiri keçirilib
VETENİM-AZERBAYCANDIR.AZ
Xalqımızın milli-mənəvi irsini, bolluğu, bərəkəti və xeyirxahlığı təcəssüm etdirən Novruz bayramı Sumqayıtda böyük təntənə ilə qeyd olunub.
“Kimyaçı” Mədəniyyət Sarayının qarşısında keçirilən bayram tədbirində Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbləri və şəhər sakinləri iştirak edib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər sakinlərini təbrik edərək, bayram tonqalını alışdırıb. Baharın ölkəmizə xoşbəxtlik, bolluq və firavanlıq gətirməsini arzulayıb.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qalib Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad edib və xalqımız həmin torpaqlarımızda Novruz bayramının böyük coşqu ilə qeyd edir.
Bayram tədbirində Dədə Qorqud və bahar qızı xeyir-dua verərək, Novruz bayramının xalqımıza uğur, bol ruzi-bərəkət gətirməsini arzulayıb, milli geyimli uşaqlar meydanda rəqs ediblər. Novruzun personajları olan Kosa və Keçəlin iştirakı ilə qədim xalq rəqsləri və oyunlar mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbir iştirakçıları xalqımızın əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərləri özündə əks etdirən səhnələrə, qədim el-elat görüntülərinə, milli geyimlərimizin, mətbəximizin, xalq yaradıcılığının və sənətkarlığının ən gözəl nümunələrinə tamaşa ediblər.
VETENİM-AZERBAYCANDIR.AZ