19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
Şəhid Elməddin Abdullayevin cənnətdəki növbəti doğum günüdür!
Şəhid Elməddin Abdullayevin cənnətdəki növbəti doğum günüdür!
Bir insanın anadan olduğu, dədə-babalarının, qohum-əqrəbalarının yaşadığı, soykökü ilə bağlı olduğu ölkə və fərdi inkişaf zamanı bu ölkə ilə əlaqəli olan emosional məfhum "Vətən" adlanır. Bəli bu qədər sadə və eyni zamanda qürurla bağlandığımız amildən söhbət gedir. Torpağının üzərində gəzməmizin, rahat həyat yaşamağımızın sevinci, həyəcanı olduğu qədər onu qorumağın, özününkiləşdirməyin çətin, məsuliyyətli və ağrılı tərəfləri də vardır. Məhz bu son nüansa sahiblənmək hər kəsə nəsib olmur. Bəlkə də ona sahib olanlar fani dünyadan daha çox tanrıya da yaxın olanlar, seçilmişlərdir.
Bu təbəqənin ən ali zirvəsində dayananlar, əbədi yaşarlığa və ölməzliyə imza atanlar isə müqəddəs Şəhidlərimizdir.
Azərbaycan adlı məmləkətin də tale yolunda bu zirvəni fəth edən minlərlə Vətən oğlu vardır. Müstəqilliyimizin təməl tarixindən ta bu günümüzə qədər, birinci Qarabağ müharibəsində, Qanlı 20 Yanvar hadisələrində, əsrin dəhşətli bəlası olan Xocalı Soyqırımında və 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazan müqəddəs Şəhid adına ucalan qardaş və bacılarımız vardır.
Yaşadığımız Quba Rayonu da bu sıralamada ilk yerlərdə durur. Öz qeyrəti, şücaəti, mərdliyi ilə seçilən oğullarımız torpağlarımızda müstəqilliyimiz uğrunda qan töküb can qoyublar.
Bu gün o, Vətən mücahidlərimizdən biri olan Elməddin Abdullayev haqqında danışacam. Onun qısa, nakam lakin tarixdə əbədi olaraq yazılan ömür və döyüş yoluna nəzər salacağıq.
Elməddin Telman oğlu Abdullayev 13 fevral 2001-ci ildə Quba rayonunun Qam-qam kəndində sadə bir azərbaycanlı ailəsində dünyaya göz açmışdır. 2018-ci ildə şəhid Mübariz Abdullayev adına Qam-qam kənd tam orta məktəbini bitirmişdir.
Ailənin sevimlisi olan Elməddin 2019-cu ilin aprel ayında isə hərbi xidmətə yollanmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Elməddin Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.
Əfsuslar olsun ki, 27 sentyabr 2020-ci ildə Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Abdullayev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Abdullayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Bəli bu acı ömür yolu olduğca qısa bir yol keçsə də dillərdə dastan olmağı bacardı.
Elməddinin olduğca sadə, gözəl bir ailəsi vardır. Atası Telman kişi yaşadığı Qam-qam kəndində hər zaman öz sadəliyi, hörmətcilliyi ilə seçilmişdir. Xeyirə-şərə yarıyan, mehriban bir ailə başçısıdır.
Anası Təranə xanım isə əsl Azərbaycan xanımına xas xarakteri və xüsusiyyəti ilə seçilən bir insandır.
Özündən kiçik bir qardaşı var.
Bu gün cənnət sakini olan qardaşımızın doğum günüdür. Borc bildim ki, məhz bu gün Təranə xanımın yanında olum. Elməddinsiz keçən daha bir doğum günü..... Demək danışmağ olduğca çətindir. Allah bu ailəyə səbr versin.
Cənnətdəki doğum günün mübarək Şəhid qardaşımız.
Ruhun şad, məkanın cənnət olsun. Hər zaman qəlblərimizdə yaşayacaqsan.
Nəhayət Şirinova
ADPU Quba filialının əməkdaşı.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
vetenim-azerbaycandir.az