Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“İKİNCİ HOLOKOST-da ERMƏNİ İZİ”

“İKİNCİ HOLOKOST-da ERMƏNİ İZİ”
27-01-2023, 22:14 301 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

     Tarixdə soyqırıma məruz qalmış xalqlardan biri də yəhudilərdir. 27 yanvar Holokost qurbanlarının Beynəlxalq Anım Günüdür.   
   
Yəhudilərin II Dünya savaşında Hitler tərəfindən Yəhudi soyqırımı ya da Ha-Shoa (ivritcə: fəlakət) — Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon nəfərin sistemli şəkildə öldürülmüş və insanlığa sığmayan qətliam törədilmişdir. 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI-nın növbəti ildönümünü ilə bağlı olaraq tarixdə baş vermiş soyqırımlardan biri olan “Xolokost” u araşdırmaq qərarına gəldim.
     Buna gətirən səbəblər nə idi?. Əvvəla onu deyim ki, tarixdə bu qırğın “Antisemitizim” kimi qeyd olunur. (Antisemitizim—yəhudilərə qarşı tətbiq edilən milli və dini ayrı seçkiliyin ifrat forması.) Holokost (yunanca: holokauston), “holos” (bütün) və “kaustos” (yanmış, köz olmuş) sözlərinin birləşməsindən düzəlir və tamamilə yanmış, yanıb kül olmuş mənasını verir. Hitler bu siyasəti həyata keçirmək üçün ilk olaraq yəhudilərin alman vətəndaşlığından məhrum edən və onların dövlət aparatlarında hər hansı vəzifə tutmalarını qadağan edən bir sıra qanunlar verdi. Daha sonra isə yəhudilərə məxsus müəssisələrin boykut edilməsinə başlandı. Növbəti maraqlı məqam onda idi ki, Hitler Nasist partiyasının inkişafı və digər ehtiyaclardan dolayı yəhudi bankirlərindən 15 milyon dollar pul almışdır. Yəhudilər başda olmaqla sintlər, romanlar və digər “qaraçı” qəbul edilən insanlar, faşizm əlehdarı almanlar, əlillər, homoseksuallar və döyüş əsirləri bu qətliamın qurbanı olmuşlar. Bir çox alim isə bu qrupları Holokosta daxil etməyərək, Holokostu yalnız Yəhudi Soyqırımı olaraq qəbul etmişlər. Faşistlər Holokostu “yəhudi probleminə son həll” olaraq görürdülər. Bütün Holokost qurbanları hesaba alınarsa həyatını itirənlərin sayı bəzi alimlərə görə 17 milyon nəfərə qədər qalxa bilər. Bu insanların öldürülmə səbəbləri faşizm dövründə son həddə çatmış yəhudi nifrətinin və faşizm irqçiliyinə görə “yaşamaq haqqı olmayan aşağı irqlər” olaraq görülmələri idi. Bu qətliam tarixdə Yəhudi millətinin başına gətirilən ilk kütləvi genosid siyasəti idi. Tarixə nəzər salsaq görərik ki, Yəhudilərin ikinci kütləvi qırğınının törədilməsi məhz Erməni Nasizminin insanlığa sığmayan cinayyətlərinin nəticəsində olmuşdur.
  “İKİNCİ HOLOKOSTDA ERMƏNİ İZİ”. Sistemli qətliam zamanı 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara və eləcədə Qubada yaşayan “Dağ Yəhudilərinində” kütləvi qırğınına səbəb olan qətliamlar törətmişlər. Quba qəzasında da hadisələr eyni istiqamətdə cərəyan edirdi. Aprel ayında Quba qəzasına göndərilən daşnak dəstələrinin komandiri Hamazasp bildirmişdi: "Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm... Mənə Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün əhalini məhv etmək əmri verilmişdir". Onun başçılıq etdiyi daşnak dəstələri Quba qəzasında 122 kəndi yandırdılar. Yerli sakinlər isə min bir əzablarla qətlə yetirildilər. Ermənilər adamların gözlərini çıxararaq "gözmuncuğu" düzəldirdilər. Erməni millətçiləri tərəfindən törədilən bu soyqırım zamanı 30 minə yaxın adam öldürüldü.  
   Tarixi faktlarla bu qənayətə gəlmək olar ki, Dağ Yəhudilərinin Erməni vandalları tərəfindən kütləvi qırğını tarixdə “İKİNCİ HOLOKOST” olaraq yer almalıdır. Ermənilə tarixdə Almanlardan sonra ən çox Yəhudi qətlə yetirmiş ikinci millətdir və bunu tarixi qaynaqlarda təsdiq edir.

Gənc Politoloq Nahid Aslansoy

VETENİM-AZERBAYCANDIR.AZ



ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI