Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

17:40 - İlham Əliyev: “Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”

17:37 - Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

17:36 - Azərbaycan-Ermənistan sərhədində ilk dirək: Normallaşmanın başlanğıc nöqtəsi - ŞƏRH + FOTO

17:31 - Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

17:28 - YUBİLEY TƏBRİKLƏRİ.

16:52 - Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”

16:26 - Azərbaycan Prezidenti: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”

16:25 - Prezident: “Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri artıq bilirik”

16:23 - Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

16:22 - Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır

11:45 - Əliyev: "Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir"

21:20 - RAFİQ MÜƏLLİM 70 İLLİK YUBİLEYİNİZ MÜBARƏK

16:23 - BİZİM DOĞMA TORPAĞIMIZ ZƏNGƏZUR, GÖYÇƏ MAHALI, İRƏVANDIR. İLHAM ƏLİYEV.

16:21 - Verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir

12:32 - Keçmiş məcburi köçkün: “Altı yaşında Füzulidən çıxdıq, indi isə altı yaşlı övladımla geri qayıdıram” - FOTO

Qeyd - Sosial Maarifləndirmə" İctimai Birliyinin sədri Tural Nurməmmədov...

Qeyd - Sosial Maarifləndirmə" İctimai Birliyinin sədri Tural Nurməmmədov...
17-11-2022, 18:01 154 dəfə baxılıb

Noyabrın 15-də Suraxanı Rayon İcra Hakimiyyətinin akt zalında Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Suraxanı rayon Heydər Əliyev Mərkəzinin qarşısındakı Ulu Öndər Heydər Əliyevin abidəsini və rayon Şəhidlər xiyabanını ziyarət ediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açıq elan edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov diqqətə çatdırıb ki, Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası ölkədə mövcud olan siyasi partiyaların lokomotividir: “Ölkəmizin siyasi palitrasında mövcud olan əksər subyektlər milli maraqlar nöqteyi nəzərindən YAP-ı özlərinə istiqamətverici, yolgöstərici kimi qəbul edirlər. YAP xalqımızın milli-mənəvi dəyərlərinin təmərküzləşməsidir. Yeni Azərbaycan Partiyası yalnız siyasi təşkilat deyil, o həm də xalqın məsuliyyətini öz üzərinə götürmüş sosial məfhumdur. YAP-ı yaradanlar vaxtı ilə bu partiyanın və ulu öndər Heydər Əliyevin amalları, ideyaları uğrunda öz canlarını qurban verməyə hazır olan fədakarlar idilər. “91-lər”-in faəliyyətini yüksək qiymətlənləndirən ölkə Prezidenti, partiyamızın Sədri İlham Əliyev onların cəsarətinin və qətiyyətinin sayəsində Yeni Azərbaycan Partiyasının yarandığını ifadə edib. Danılmaz həqiqətdir ki, o vaxtlar cəsarətli əqidə daşıyıçıları olmasa və Ulu Öndərin ətrafında birləşməsəydilər, bu gün qüdrətli dövlətçiliyimiz də olmazdı.”

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov  Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.  O, vurğulayıb ki, ölkədə YAP-a rəqib ola biləcək siyasi qüvvə yoxdur, Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqdadır. Həmçinin, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail olmasından danışan RİH başçısı Suraxanı rayonunda Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan bəhs edib və bu işdə YAP Suraxanı Rayon Təşkilatının rolunu da xüsusilə diqqətə çatdırıb.

Tədbirdə YAP İdarə Heyətinin üzvü, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisinin Təbii Ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisin deputatı Afət Həsənova da çıxış edib.

Tədbirdə rayon təşkilatının gənc fəalı Pərvin Əhmədova, Vətən müharibəsi şəhidi Şahmar Səfərovun anası Pakizər Səfərova, II Qarabağ müharibəsi qazisi Elnur Əkbərov, 114 nömrəli məktəbin direktoru, Əməkdar müəllim Ceyran Novruzova, Xalq artisti, "Şöhrət" ordeni laureatı Nurəddin Mehtixanlı çıxış ediblər.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi və Şəhid ailə üzvlərinə, qazilərə xatirə hədiyyələri təqdim edilib.

"Qeyd - Sosial Maarifləndirmə" İctimai Birliyinin sədri Tural Nurməmmədov həyata keçirilən layihələrdə birgə fəaliyyətə görə təltif edilib.


Nərmin Əzimli VETENIM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI