Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Səs yazısı yayılan məktəb direktoruna TÖHMƏT VERİLDİ

Səs yazısı yayılan məktəb direktoruna TÖHMƏT VERİLDİ
1-10-2022, 21:53 200 dəfə baxılıb

"DogruXeber.az"a istinadən,Bakı şəhəri 45 nömrəli tam orta məktəbin direktorunun bir müddət öncə ictimailəşən səs yazıları və məktəbin pedaqoji kollektiv üzvlərinin müvafiq instansiyalara müraciəti əsasında aparılan araşdırma nəticəsində təhsil müəssisəsinin rəhbəri Nəcibə Axundovaya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.


Bu barədə "DogruXeber.az"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, hazırda N.Axundova səhhəti ilə əlaqədar müvəqqəti olaraq işə çıxmır.

Onun müalicəsi başa çatdıqdan sonra iş yerinin dəyişdirilməsi məsələsinə baxılacaq.


Nərmin Əzimli VETENIM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI