Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Eyni anda dünyanın 5 nüfuzlu universitetinə qəbul oldu

Eyni anda dünyanın 5 nüfuzlu universitetinə qəbul oldu
14-07-2022, 22:29 227 dəfə baxılıb

Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi ixtisasının məzunu Məhərrəm Cəbrayılov təhsilini ABŞ-ın Luiziyana Dövlət Universitetində davam etdirəcək.


Vətənim-Azərbaycandır.az" xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” feysbuk səhifəsi məlumat yayıb.

Bildirilib ki, M.Cəbrayılov bu universitet ilə yanaşı, ABŞ-ın İllinoys Universitetinin eyni ixtisas üzrə doktorantura pilləsində tam təqaüdlə, İtaliyanın Milan Politexnik Universiteti, Almaniyanın Hamburq Texnologiya Universiteti və Kanadanın Alberta Universitetinin magistr pilləsinə (Kimya mühəndisliyi - təqaüdsüz) qəbul alıb.

Məhərrəmin alacağı təqaüd məbləği illik 28.000 ABŞ dolları təşkil edir.

O, hazırda Universitetdə professor James Dormanın rəhbərlik etdiyi nano-materiallar və katalizatorlar laboratoriyasında tədqiqatçı tələbə kimi fəaliyyət göstərir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI