Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Mirziyoyevin İlham Əliyevlə sağollaşması gündəm oldu

Mirziyoyevin İlham Əliyevlə sağollaşması gündəm oldu
23-06-2022, 21:48 286 dəfə baxılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan səfəri təkcə çox böyük siyasi əhəmiyyət kəsb edən görüş kimi deyil, eyni zamanda iki dost ölkə, o cümlədən siyasi liderlər arasındakı münasibətlərin yüksək səviyyədə olması baxımdan yaddaşlarda böyük izlər buraxdı.


Səfər proqramında keçirilən görüşlər, o cümlədən yolasalma mərasimi çox yüksək əhvali-ruhiyyədə keçdi. 
"Vətənim-Azərbaycandır.az" bildirir ki, cənab Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatdığı zamanı Ürgənc hava limanında ölkənin başçısı Şövkət Mirziyoyevin yolasalma mərasimində bədən dili ilə verdiyi mesajlar gündəm olub.

Ürgənc şəhərinin Beynəlxalq Hava Limanında iki ölkə liderinin sağollaşması və verdikləri mesaj xüsusi önəm daşıyır. Xüsusən də Özbəkistan Prezidentinin qollarını sinəsinə çarpaz qoyması Azərbaycan Prezidentinə göstərdiyi böyük hörmət və ehtiramın nümunəsi kimi dəyərləndirilib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI