Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Sabah 37 dərəcə isti olacaq

Sabah 37 dərəcə isti olacaq
2-06-2022, 14:43 238 dəfə baxılıb

İyunun 3-də gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən "Vətənim-Azərbaycandır.az" “Qafqazinfo”ya  istinadən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 29-34° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 40-45 % olacaq.

Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-25° isti olacaq.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI