Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bu şəhərə hansı adla qayıdacaqsan?..

Bu şəhərə hansı adla qayıdacaqsan?..
23-01-2022, 21:00 316 dəfə baxılıb

Vətən müharibəsində ermənilərin lentə aldığı bir video var. Bunu 7-dən 77-yə hər kəs görüb. Azərbaycan hərbçisi Amin Musayev döyüş zamanı yaralanır və düşmən onu əsir götürür.
Amin o an ölümlə burun-buruna olsa da, məğrurluğunu itirmir, əsl Azərbaycan əsgərinə layiq davranışı ilə diqqət çəkir. Ermənilər onu vursa da, döysə də, avtomatın darağında olan 30 güllənin hamısının qarnına doldurulması reallığı ilə üz-üzə qalsa da, yaralı ayağı ilə bir addım da olsa, geri sürünmür, çəkilmir, qorxmur. Onu söyən erməniyə elə yaralanaraq yıxılıb qaldığı yerdəcə cavab verir!
Bu, döyüşlər zamanı Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq nümunələrindən  sadəcə biridir. 
Bir buna baxın, bir də erməni əsirlərin videosuna. Paşinyanı söyməkdən tutmuş, Bakıdan Beyləqana qədər salam göndərirlər.
Biz ordumuzun hər bir fərdinin Vətən müharibəsində hansı qəhrəmanlılqar göstərdiyini çox yaxşı bilirik. Məhz bu qəhrəman oğulların sayəsində 30 ilə yaxın müddətdən sonra Şuşaya qədər torpaqlarımızı azad etdik, buna görə sabah Ağdama uzun illərdən sonra sərnişin avtobusu yola düşəcək.
Hamı da çox yaxşı bilir ki, biz 2020-ci ildəki müharibədə təkcə düşmənlə yox, Ermənistana dəstək verən bütün ölkələrlə savaşdıq. Söhbət təkcə meydandakı döyüşdən getmir, eyni zamanda da beynəlxalq arenada bu mübarizəni apardıq və sonunda qalib olduq. 
Fatih Sultan Mehmet elə buna görə demişdi ki, türk olmaq zordur, çünki dünya ilə savaşarsan, amma türk olmamaq daha zordur, çünki türklə savaşarsan!
Bizim olan bizimdir. Həmişə də demişik ki, Qarabağ mübahisə predmeti ola bilməz. Ali Baş Komandanın Vətən müharibəsindən bir il öncə Rusiyanın Soçi şəhərində də dediyi kimi, Qarabağ Azərbaycandır və nida! Vəssalam! Söhbət bitdi!
Yuxarıda Amin Musayevlə bağlı nümunəni heç də elə-belə çəkmədim. Səbəbi var. “Qarabağ Azərbaycandır və nida!” fikrinin səsləndirildiyi Soçidə bu dəfə Şuşanın adından imtina ediblər. Özü də ermənilərin təkidiylə...
Söhbət sözügedən şəhərdə keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adınının “Buta” ilə əvəzlənməsindən gedir. Komandanın rəhbəri, ssenarist və prodüser Müşviq Abbasov deyir ki, bizə dedilər, “Şuşa”ya görə problemlə üzləşəcəksiz, bunun üçün də  komandanın adını dəyişin.
Adama sual verməzlərmi ki, niyə? Şuşa nəyə görə mübahisə predmeti olmalıdır ki? Məgər, Şuşa Azərbaycan şəhəri deyil? Bəs, “Şuşanın azad olunmasına görə” medalı niyə təsis olunub minlərlə hərbçiyə verilib? Bəs, 2022-ci il niyə Azərbaycanda “Şuşa ili” elan olunub? Niyə bu gün Şuşada təmir-bərpa işləri aparılır?
Görəsən, Müşfiq Abbasov ona adın dəyişdirilməsini təkid edən erməni Rubenə bu sualları veribmi? Çətin! Əgər Müşfiq bu sualları veribsə, onda mən adımı dəyişərəm. Şuşa adının dəyişdirilməsinə öz uğurları naminə anındaca razı olandan bu sualları gözləmək yersizdir. Bu, eyni zamanda cəsarət tələb edir. Yaralanaraq əsir götürülən, amma düşmənin qabağından yeməyən Aminin cəsarətindən... 
Müşfiq Abbasovun direktoru və ssenaristi olduğu “Bu şəhərdə”nin 2007-ci ildəki buraxılışında bir səhnə var. Yəqin ki, çoxları “Erməni güləşçiləri Bakıda” adlı səhnəni xatırlayır. Deməli, Müşfiq ssenarini belə yazır ki, guya erməni güləşçilər Bakıda keçirilən dünya çempionatı üçün Azərbaycan gəlir və erməni rolunu da Rafael İsgənədərovla Coşqun Rəhimov canlandırır.
Erməni güləşçisi obrazını canlandıran Rafael İsgəndərov orada belə bir cümlə işlədir:
- İrəvanda şaiyə gəzir ki, güləş üzrə növbəti dünya çempionatı Qarabağda keçiriləcək. Məndə də dedim ki, Azərbaycanda iki dəfə dalbadal ola bilməz. 
Və bu zaman tamaşaçılar “vauuuuu” reaksiyası verir və zalı alqış sədaları bürüyür. Əslində, burada “vauuuuu”luq heç nə yoxdur, zatən biz bilirik də, Qarabağ Azərbaycandır! 15 il əvvəlki səhnə sadəcə, Müşviq Abbasovun daxili auditoriya üçün hesablanmış pafosu idi. Bunu Bakıda, paytaxtın mərkəzində yox, Soçidə etmək, demək lazım idi. Elə erməninin düz sifətinə, alnının ortasına!
Əgər maneə ilə üzləşirsənsə, addan niyə imtina edirsən? Bu ixtiyarı axı sənə kim verib? Addan imtina elədiyinə, yarışdan imtina elə də... Eybi yox, biz buna görə səni qalib kimi qarşılyardıq. Amma görünən odur ki, potensialınız “Bu şəhərdə”dən o tərəfə keçməyib, elə siz bu şəhərdə qalsanız, yaxşıdır.

Amma belə vətənə, bu şəhərə hansı üzlə, hansı adla qayıdacaqsan, bax, onu bilmirəm...
Emin Səfərov

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI