Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Şanlı tariximizə qızıl hərflərlə yazılan Zəfərimiz bütün dünyanı heyrətləndirdi.

Şanlı tariximizə qızıl hərflərlə yazılan Zəfərimiz bütün dünyanı heyrətləndirdi.
24-10-2021, 11:00 179 dəfə baxılıb

Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış cənab Prezident İlham Əliyev Vətən müharibəsi  Zəfərinin müəllifidir. Bölgələrdə Prezidentin izdihamla qarşılanması ölkəmizdə yaşanan xalq-iqtidar birliyi haqqında xəbər verir.  Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirir. Məhz xalqın dəstəyinə arxalanan cənab İlham Əliyev hər zaman ümumxalq məhəbbəti ilə əhatə olunub.2021-ci ilin oktyabr ayının 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Füzuli rayonuna səfər edərək rayon ictimaiyyəti ilə görüşmüşdür. Səfər zamanı cənab Prezident Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in, Azərişıq ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin, Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməlini qoymuşdur. Füzulinin işğalçılardan azad olunmasının birinci ildönümündə Müzəffər Ali Baş Komandanın buraya səfəri çox böyük tarixi - strateji əhəmiyyət daşıyır.Füzuli şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsində apardığımız uğurlu əməliyyatların nəticəsi idi. Füzulinin yerləşdiyi strateji mövqeyi çox önəmli əhəmiyyətə malik idi. Çünki düşmənin ən güclü istehkamları bu təmas xəttində toplanmışdır. Füzulinin azad edilməsi ilə digər strateji məntəqələrimiz və rayonlarımız da bir birinin ardınca düşmən tapdağından xilas edildi. Vətən müharibəsində Füzuli istiqamətində ilk hərbi əməliyyatlarımızı apararaq düşmənə ardıcıl olaraq sarsıdıcı zərbələr endirmişdik. Ordumuzun uğurla və inamla irəli addımlaması ölkəmizin hər yerində böyük ruh yüksəkliyi ilə qarşılanırdı. Ölkədə xalq-iqtidar həmrəyliyi qələbəmizi şərtləndirən əsas amillərdən hesab olunurdu. Müharibə dövründə bütün vətəndaşlar bir amal uğrunda birləşmişdilər. Torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda gedən şiddətli döyüşlərdə xalqımız bir yumruq kimi səfərbər olaraq Ali Baş Komandanın ətrafında sıx birləşmişdilər.Bütün işğaldan azad olunmuş vətən torpaqları kimi Füzuli də yenidən qurulacaq, orda həyat əvvəlki kimi öz axarında davam edəcəkdir. Uğurlu sosial layihələrin icrası sürətlə və operativ şəkildə həyata keçirilir. Müharibədə qazandığımız zəfərimiz bizi daha da gücləndirir və qüdrətləndirir. Ölkəmiz bütün sahələrdə sürətlə irəliləyir və bu dünya təcrübəsində çox nadir rast gəlinən inkişaf tempidir. İşğaldan azad olunmuş 3 rayonumuzda beynəlxalq standartlara cavab verən hava limanlarının inşa edilməsi, su elektrik stansiyalarının istifadəyə verilməsi, avtomobil yollarının, tunellərin və digər infrastruktur layihələrinin həyata keçirilməsi ölkəmizin iqtisadi qüdrətinin təntənəsindən xəbər verir. Əlbəttə ki, 30 ilə yaxın erməni tapdağında olan Qarabağımızın çiçəklənməsi hər bir vətəndaşımızın qəlbini dağa döndərir. Bu illər ərzində vətən həsrəti ilə yanıb tutuşan millətimiz bu gün bu torpaqları ziyarət edərək Tanriya şükür edir. Torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimiz xalqımızın qəlbində əbədiyyən yaşayacaqdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli ilə Rəşadətli Ordumuz bizə Qarabağın azadlığını yaşatdı. Bunun üçün xalqımız cənab Prezidentimizə minnətdardır. Şanlı tariximizə qızıl hərflərlə yazılan Zəfərimiz bütün dünyanı heyrətləndirdi.Füzulinin işğaldan azad olunmasından bir il ötür. Bir il ərzində doğma torpağımız cənnətə çevrilir. Burada dövlətimiz rayon sakinlərinin yaşaması üçün hər cür sosial şərait yaradır.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa diqqət və qayğısı nəticəsində regionda geniş quruculuq işləri vüsət almaqdadır. Tezliklə rayon əhalisi öz doğma torpaqlarında rifah halında yaşayacaqlar. Erməni vandalları görürlər ki, talan edib viran qoyduqları şəhərlərimiz qüdrətli dövlətimiz tərəfindən gündən günə çiçəklənir inkişaf edir.

Eyvaz Fərzəliyev,Sabirabad rayon Ağasaqqalar Şurasının sədri

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI