Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Biləsuvar 18 yaşlı şəhidini yad etdi - Fotolar

Biləsuvar 18 yaşlı şəhidini yad etdi - Fotolar
23-10-2021, 20:45 327 dəfə baxılıb

Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Mirişli Şəhriyar Bəxtiyar oğlunun anım mərasimi keçirilib.

“Vətənim-Azərbaycandır.az" xəbər verir ki, mərasimdə iştirak edən Biləsuvar rayon rəhbərliyi və ictimaiyyəti nümayəndələri  şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər.
Mərasimdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacaq və  dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır. Tədbir zamanı qəhrəman şəhidimizin  yaşadığı evə vurulan xatirə lövhəsinin açılışı  olub. Daha sonra Biləsuvar şəhər qəbiristanlığında  şəhidin məzarı ziyarət olunub, əziz ruhuna dualar oxunub.
Qeyd edək ki, Mirişli Şəhriyar Bəxtiyar oğlu 2002-ci ildə Biləsuvar şəhərində anadan olub. Doğulduğu ailənin böyük oğlanları - Mahir və Araz həqiqi hərbi xidmətləri zamanı Aprel döyüşlərində iştirak ediblər. Digər qardaşı Ağacəver hazırda müddətdən artıq xidmən edən hərbi qulluqçudur, o, da vətən torpaqlarının işğaldan azad olunmasında qəhrəmanlıqla döyüşüb.
Şəhriyar Vətən müharibəsi başlayanda həqiqi hərbi xidmətinin altıncı ayını başa vurmuşdu. Qorxmazlığı və çevikliyinə görə XTQ-də xidmətə götürülən Şəhriyar Cəbrayıl və Füzuli rayonları uğurunda  gedən döyüşlərdə şücaət göstərib.
Laçın rayonu uğrunda gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuş, 23 oktyabr 2020-ci il tarixində Biləsuvar şəhər qəbristanlığında dəfn edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə  Ş. Mirişli "Vətən uğrunda",  "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə",  "Füzulinin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah  rəhmət eləsin!
 Surxay Şahbazov






ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI