16:26 - Azərbaycan Prezidenti: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:23 - Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı
11:45 - Əliyev: "Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir"
21:20 - RAFİQ MÜƏLLİM 70 İLLİK YUBİLEYİNİZ MÜBARƏK
16:23 - BİZİM DOĞMA TORPAĞIMIZ ZƏNGƏZUR, GÖYÇƏ MAHALI, İRƏVANDIR. İLHAM ƏLİYEV.
16:21 - Verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir
12:31 - Füzuliyə qayıdan sakin: “Bu günün arzusu ilə yaşamışıq”
12:29 - Milli Qəhrəman Allahverdi Bağırovun doğum günüdür
12:27 - İlham Əliyev Rusiyaya işgüzar səfərə gedib
23:46 - “ Ölümsüz Qəhrəmanlar ”
Telman İsmayılov siyasi sığınacağı necə alıb?
Moneqro parlamentinin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Milan Knejeviç azərbaycanlı iş adamı Telman İsmayılova bu ölkədə siyasi sığınacaq verilməsinə münasibət bildirib.
“Vətənim-Azərbaycandır.az” RT-yə istinadən xəbər verir ki, onun sözlərinə görə, bu məsələdə ölkənin Daxili İşlər Nazirliyinə və məhkəməyə nüfuzlu şəxslər tərəfindən təzyiq göstərilib.
“Bir neçə gün öncə Telman İsmayılovun siyasi sığınacaq əldə edəcəyinə dair məlumat aldım və bu, artıq təsdiqləndi. Ona siyasi sığınacaq verilməsi bütün qaçaq cinayətkarlar üçün reklam olacaq. Monteneqronun “qaçaq cinayətkarlar üçün cənnət” statusu bu hadisə ilə bir daha da təsdiqləndi. İsmayılov kimi bir çox insanlar siyasi sığınacaq, iqtisadi vətəndaşlıq (investisiya müqabilində) və pasport aldı”, - deyə Knejeviç bildirib.
Qeyd edək ki, İsmayılova qarşı 2017-ci ilin noyabrında 2 nəfər moskvalı iş adamının qətlinin sifarişi ittihamı ilə cinayət işi açılıb və İnterpol xətti ilə axtarışa verilib. T.İsmayılov 2018-ci ildə Monteneqro vətəndaşlığı alıb. “Çerkizov bazarı”nın keçmiş sahibi bu ilin oktyabrın əvvəlində Rusiyanın verdiyi beynəlxalq order əsasında saxlanılıb, ötən gün isə siyasi sığınacaq aldıqdan sonra istintaq təcridxanasından sərbəst buraxılıb.