Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Hikmət Mirzəyevin birinci Qarabağ müharibəsi vaxtı tarixi çıxışı.

Hikmət Mirzəyevin birinci Qarabağ müharibəsi vaxtı tarixi çıxışı.
14-10-2021, 00:21 154 dəfə baxılıb


Vətən müharibəsində qəhrəmanlıqları ilə dastan yazan Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin birinci Qarabağ müharibəsi illərinə təsadüf edən videosu yayılıb.
"Ölkə.Az" xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi görüntülərdə Hikmət Mirzəyev xüsusi təyinatlı taborun komandiri kimi şəxsi heyət qarşısında çıxış edir. 
O, döyüşə gedəcək xüsusi təyinatlı taborun qarşısında bu sözləri deyir:
“Ürəklər yanır. Biz bu günləri taborun adından bir daha söz verməliyik. Azərbaycan milləti qarşısında, torpaqlarımızın, şəhid olan qardaşlarımızın, namusuna toxunulan ana-bacılarımızın qarşısında söz verməliyik. Torpaqlarımızın azadlığı uğrunda söz verməliyik. Burada duranlar hamısı ürəkli kişilərdir. Əsgər demirəm, kişilərdir. Getməmişdəm əvvəl and mərasimi olacaq. Biz bir daha Azərbaycanımızı, millətimizi qorumağa and içəcəyik. Mən inanıram ki, bizim batalyon son sözünü orada deyəcək”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI