Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İLK DƏRS GÜNÜNDƏ QARABAĞ AZƏRBAYCANDIR! MÖVZUSU İLƏ BAŞLANDI..

İLK DƏRS GÜNÜNDƏ QARABAĞ AZƏRBAYCANDIR! MÖVZUSU İLƏ BAŞLANDI..
24-09-2021, 19:40 723 dəfə baxılıb

Qarabağ Azərbaycandır! 2021-2022-ci tədris ilimiz çox xüsusi bir hadisəni qeyd etməyimizlə başladı.44 günlük müharibənin nəticəsində,Azərbaycan düşmən üzərində zəfər qazanaraq,öz torpaq bütövlüyünü təmin etdi.Məhz buna görə də l-Xl siniflərdə ilk dərsin mövzusu "Qarabağ Azərbaycandır!"mövzusu oldu.
Düşünürəm ki,hər bir müəllim kimi mən də üzərimə düşən bu məsuliyyətli və şərəfli öhdəliyi dəqiqliyi və genişliy ilə öz şagirdlərimə çatdırmalıyam.Zəng vuruldu,şagirdlərim sinif otagına daxil oldu.Dövlət himnimizi oxuyarkən istər mənim,istərsə də şagirdlərimin üzündə xüsusi bir qürur hissi özünü biruzə verirdi.Daha sonra isə biz məktəbimizin adıni daşıdıgı,birinci Qarabağ müharibəsi şəhidi Rəhman Məmmədovun büstünün üzərinə güllər qoyduq və şəhidimizə zəfərimizi qürur hissiylə bildirdik.
   Tamamı ilə  zəfər ruhunu əks etdirən,bayraqlarla,şəkillərlə bəzədilmiş sinif otağında şagirdlərimlə birgə slaydlarla təqdimata başladıq.Şagirdlərim şeirlər söylədi.Şagirdim Məmmədo Bəylər bizə  məktəbimizin İkinci Qarabağ müharibəsində şəhadətə ucalmış keçmiş şagirdi Ülvü Məmmədov haqqinda ətrafli məlumati verdi."Quba şəhidləri"adli video çarx izlərkən gözlərimiz ixtiyarsız dolurdu.Bu həm qürur,həm kədər hissindən doğurdu.Şagirdlər" Qarabağ Azərbaycandır! "adlı esse yazarkən çox sevincli idilər.
Şagirdlərimdə vətənpərvərlik ,dövlətinə,torpağına,tarixinə dəyər vermək,onu daim qorumaq,yüksəklərdə tutmaq kimi ali hissləri aşılamaq bir müəllim kimi mənim əsas məqsədimdir.
QUBA RAYONU ALEKSEYEVKA KENDİ ŞƏHİD RƏHMAN MƏMMƏDOV ADINA TAM ORTA MƏKTƏBİNİN SİNİF MÜƏLLİMƏSİ ALLAHVERDİYEVA SEVİL

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI