Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

23:10 - İqtisadiyyat İnstitutunda pilot layihənin həyata keçirilməsi vaxtı daha 3 il uzadılıb

23:07 - Prezident İlham Əliyev tacikistanlı həmkarını təbrik edib

23:06 - Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirləri Batumidə görüşəcək

23:02 - Ədliyyə nazirinə yeni müavinlər təyin olunub - SƏRƏNCAM

23:00 - Muxtar Babayev: "Yaşıl iqtisadiyyat"ın inkişafına dair dövlət dəstəyi ilə yeni imkanlar açılır"

23:07 - MN-in Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini Eldəniz Yəhyayev icra edir

23:07 - MN-in Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini Eldəniz Yəhyayev icra edir

23:03 - Hikmət Hacıyev ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin rəsmisi ilə görüşüb

23:02 - Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

23:39 - Ömrünün ən parlaq illərini doğma vətənimizə, dövlətimizə dövlətçiliyimizə, milli mətbuatımıza həsr edən səmimi, dürüst, xeyirxah və bu kimi insani keyfiyyətləri özündə cəmləşdirməyi bacaran çox hörmətli Kamran Orucovdan bəhs edək bu gün.

22:31 - Muxtar Babayev BMT rəsmisi ilə COP29-a hazırlığı müzakirə edib

22:29 - FHN azad olunmuş ərazilərindəki obyektlərdə tədbir keçirib

22:28 - Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb

22:25 - Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri ilə görüşüb

22:23 - Hesablama Palatası Bakı Dövlət Universitetində nöqsanlar aşkar edib

Prezident Kəlbəcərdə "İstisu" yarımstansiyasının açılışında iştirak edib

Prezident Kəlbəcərdə "İstisu" yarımstansiyasının açılışında iştirak edib
2-09-2024, 21:03 61 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunun İstisu qəsəbəsində "Azərişıq" ASC-nin 110/35/10 kV-luq "İstisu" yarımstansiyasının açılışında iştirak edib.
"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Kəlbəcər rayonunda təməli Prezident İlham Əliyev tərəfindən qoyulan "İstisu" sanatoriyasının və "İstisu" mineral su zavodunun elektrik təchizatı məqsədilə 110/35 kV-luq iki ədəd 40 MVA gücündə "İstisu" yarımstansiyası inşa edilib. Bu yarımstansiya 110/35/10 kV-luq "Kəlbəcər" yarımstansiyasından çəkilən 110 kV-luq ikidövrəli hava xətti vasitəsilə elektrik enerjisi ilə təmin edilir. Yeni inşa edilən yarımstansiyanın 110/35/10 kV-luq "Qorçu" və "Laçın" yarımstansiyaları ilə əlaqələndirilməsi nəticəsində 110 kV-luq dairəvi elektrik təchizatı sxeminin yaradılmasına nail olunacaq.
Yarımstansiyada 110 kV-luq 40 MVA gücündə iki transformator, müasir standartlara cavab verən 110 və 35 kV-luq eleqaz açarlı yuvalar quraşdırılıb. Yarımstansiya avtomatlaşdırılmış SCADA dispetçer sisteminə qoşularaq, məsafədən idarəolunma telekommunikasiya qurğuları, müasir elektron tipli rele mühafizəsi və avtomatika sistemi ilə təchiz edilib.
Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.
Qeyd edək ki, gələcəkdə yarımstansiyadan 35 kV-luq özüdaşıyan izolyasiyalı naqillərdən ibarət xətlərin çəkilməsi ilə İstisu, Alagöllər, Zəylik, Zar və s. yaşayış məntəqələrinin elektrik təchizatının dayanıqlılığı təmin olunacaq. Yarımstansiya bərpaolunan enerji mənbələrinin inteqrasiyası üçün müasir cihaz və avadanlıqlarla təchiz edilib. Burada növbətçi heyət üçün müvafiq otaqlar, idarəetmə və mühafizə otaqları inşa edilib, lazımi iş şəraiti yaradılıb. Yarımstansiyanın ətrafı abadlaşdırılıb, ərazidə ağaclar əkilib, suvarma sistemi quraşdırılıb.
***13:51
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunun İstisu qəsəbəsində "Azərişıq" ASC-nin 110/35/10 kV-luq "İstisu" yarımstansiyasının açılışında iştirak edib.
bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI