Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Lerikdə Bəxtiyar Vahabzadəyə həsr olunmuş VI “Türk Dünyası Tarix, Mədəniyyət və Ədəbiyyat” Beynəlxalq Konfransı və “Azərbaycanda Davamlı İnkişaf üçün Beynəlxalq Əməkdaşlığın Gücləndirilməsi” II Beynəlxalq Elmi Tədqiqatlar Konfransı keçirilib.

Lerikdə Bəxtiyar Vahabzadəyə həsr olunmuş VI “Türk Dünyası Tarix, Mədəniyyət və Ədəbiyyat” Beynəlxalq Konfransı və “Azərbaycanda Davamlı İnkişaf üçün Beynəlxalq Əməkdaşlığın Gücləndirilməsi” II Beynəlxalq Elmi Tədqiqatlar Konfransı keçirilib.
20-08-2024, 11:30 160 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, konfranslar Bakı Avrasiya Universiteti (BAAU) və Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

16-17 avqust tarixlərində Lerikdə təşkil olunan tədbirin açılış mərasimində konfransın təşkilat komitəsinin sədri Bakı Avrasiya Universitetnin elmi işlər üzrə prorektoru, prof. Gülzar İbrahimova, Lerik Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Arzu Vəliməmmədova, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Müqəddəs Dənziyev və İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun Azərbaycan təmsilçisi f.ü.f.d. Elvan Cəfərov çıxış ediblər. Çıxışlarda konfransın məqsədindən və  əhəmiyyətindən danışılıb. 

Panel iclaslarda 70 -ə yaxın konfrans iştirakçısının məruzəsi dinlənilib, geniş heyətli canlı müzakirələr aparılıb.

Konfrans çərçivəsində fasilələr zamanı iştirakçılar Lerik rayonuun təbiəti,  tarixi yerləri, memarlıq abidələri və Lerik tarixi muzeyi ilə tanış olublar.
VETENİM-AZERBAYCANDIR.AZ
F.FD.AYTƏN QURBANOVA

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI