VETENİM-AZERBAYCANDIR.AZ
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva YUNECKO-da Qubadlı camaatından danışdı: “Ermənilərin işğal etdikləri və Azərbaycan strategiyası ilə işğaldan və zülmdən azad olunmuş Qubadlı ərazisi Azərbaycanın milli-mənəvi dəyərlərini özündə qoruyan yurd yerlərindəndir”.
Kəşfiyyat polkovniki İ.A. Kononov: “Stalin yoldaş mənə tapşırdı ki, Qubadlı rayonunun indiyədək gizli qalan, Almaniyanın kəşfiyyat xəritəsində xüsusi yer tutan yeraltı sərvətləri və məxfi yolları haqqında məlumatları onun üçün hazırlayım”.
Polkovnik İ.A. Kononov, “Moskva, 1943-cü il, aprel ayının 16-sı Baş Kəşfiyyat İdarəsinin məlumatı”...
Dünyanın heç bir xalqı və onun düşünən beyini, görən gözü, eşidən qulağı olan Qubadlı fatehlik şöhrəti və əzəməti ilə yarışa bilməz. Bu xalq–kainatın əsl hökmranıdır. Bütün başqa xalqlar sanki onlara qulluq etmək üçün yaranıb. Azərbaycan xalqı – həmçinin onun bir parçası olan Qubadlı camaatı bu günə qədər neçə imperiya yaradıb, həm də dağıdıb. Tarixin bütün dövrlərində dünyanı öz qüdrətləri ilə sarsıtmış, həmişə düşmən xalqların qənimi olmuşlar. Onlar iki dəfə Çini fəth etmiş və hələ də onu itaətdə saxlayırlar. Onlar böyük monqolların sonsuz torpaqlarında indi də hökmranlıq edirlər. İranın hökmdarları onlardır. Kirin və Kistarsın vaxtında təntənə ilə oturan onlardır. Onlar Moskvanı diz çökdürüblər. “Vaxtilə onlar türk adlanıb, Avropada, Asiyada və Afrikada nəhəng qələbələr sayəsində dünyanın üç qitəsində ağalıq edirlər...” (İ.A.Bern Alman filosofu).
Əgər daha qədim zamanlara nəzər salsaq görərik ki, Roma imperiyasını darmadağın edənlər də onların nəsilləridir. Bu nəsillər içəsirisində əslən şəcərəsi Qubadlı ərazisindən olan insanlar da iştirak edib. Tarix üçün Qubadlı anaları 83 sərkərdə yetirib. Amma bunların heç biri tədqiq olunmayıb, araşdırılmayıb. Nə qədər ölməz əməllər əbədilik dəfn olunub, tarixini bilmədiyimiz nə qədər dövlətlərin əsasını qoyublar. “Bu cəngavər xalq, Qubadlı adamları öz gündəlik şöhrəti ilə məşğul olub, əbədi məğlubedilməzliyinə inanaraq, təəssüf ki, keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışlar. Hanı bəs tarixçilər?” (Bax: Ç.P.Rastorquyev “Информационная война” M, 1998).
Məlumata görə iki il öncə Ağ Evin (ABŞ) 18 kəşfiyyat qurumlarının materialları əsasında hazırlanmış təqribən bir milyon məlumatın üstündən məxfi qrif götürüldü: Keçmiş İttifaqda xüsusi göstərişlə yaradılmış müxalifət qüvvələrinin fəsadları, məlumatların 500 səhifəsi (Azərbaycandan göndərilib). Qubadlıda xarici kəşfiyyatın cinayətləri, xüsusi xidmət orqanlarının “etiraf məktubları...” açıqdır. Hər kəs A. Linkoln kitabxanasında onu oxumaq hüququna malikdir.
Mənə deyirlər vaxt, zaman gələr sən erməni tarixçi alimlərini – Nanesyanı, Muradyanı, Yüzbaşyanı yaddan çıxarıb, unudarsan. Amma necə unudum, cənablar? Gözlərimin qabağında hamilə qadınlarımızın dar ağaclara çəkilməsini necə unudaq cənablar?.. Vicdansız erməniləri unutmaq olarmı? Unutmayaq ki, hər bir Qubadlının ürəyi altında odlu, alovlu bir səngər yatır... Bu günlərdə Mərkəzi Kəşfiyyat İdarəsi həm Naxçıvan, həm də "Dağlıq Qarabağ" qovluqlarındakı “Məxfi qrifi” ləğv etdi. Fikrimcə açıq qovluqları oxumaq, təhlil etmək... siyasətçilərin işidir. Məni maraqlandıran doğulduğum, boya-başa çatdığım, daşına, torpağına “Ana qucağı” deyib, baş qoyduğum Qubadlı torpağı haqqında 136 səhifəlik materildır. Materialların hamısı demək olar ki, sərsəm politologiyamızın ötürmələridir.
Məsələn, 1998-ci ilin martın 14-də verilən məlumatda yazılır ki, Qubadlı ərazisi ermənilərə məxsus bir ərazidir(?) Bakıda Xəritəçəkmə İnstitutları hətta bu barədə ermənilər üçün rəngli xətirələr də çəkiblər. Vaşinqton generallarının iş otaqlarında asılmış saxta xəritələr də maraqlıdır.
(İmkan olsa, baxın. Əlavə Vaşinqtondakı Pensilvani 100-də yerləşən “Məxfi informasiya bürosuna yolunuzu salın”).
Mən beynəlxal miqyaslı ekoloqam. Ekoloji məsələlər üzrə xarici mütəxəssislərin iştirak etdiyi simpozium və görüşlərdə Qubadlı istiqamətində, onun ümumən ekoloji sistemi haqqında bulaqları ilə bağlı apardığım tədqiqat və araşdırmalardan danışmışam. Oradakı görüşlərdə bir müxalifət lideri dedi ki, nəyinə lazımdır Qubadlı... Qubadlı sənə nə verdi?.. Qubadlı mənim canımdır, qanımdır, varlığımdır... Atamın, anamın qəbri üstündə cücərən, güllədən sinəsi deşik-deşik olnuş başdaşıdır. Qubadlı mənim dünyaya baxan gözümdür. Onu çıxarmaq cinayətdir.
Keçmiş İttifaqın ən məşhur və tanınmış çekistlərindən olan, polkovnik Oleq Aleksandroviç Yakimov 1974-cü ildə Qubadlıda olub. O, həm də ümumillilider Heydər Əliyevin və atamın, ailəmizin dostu idi. Onun fəxri çekist dostu Kamal Əlisəttar oğlu Əliyevlə, Heydər Əliyevlə və atamla birgə bağımızda əkdiyi gilas ağacları qalmışdı. Ermənilər o ağacları viran qoydular... Polkovnik O. Yakimov Qubadlıdan – Ləpəheyranlı kəndindən oğlu Yura Yakimov üçün qız istəyirdi. Yura kəndin gözəl-göyçək qızlarından olan Leyla-Şirin adlı bir qıza vurulmuşdu. Aqmma Heydər Əliyev dostunu başa saldı ki, Qubadlı sənə qız verməz. Səbəblər də çox idi. Milliyyətcə yəhudi olan O.Yakimov strateji ərazi olduğu üçün Moskvadan birbaşa Qubadlıya təhkim olunmuşdu. O, 32 alimi, bir akademiki, 14 şairi, “Qubadlı gözəli” mahnısının müəllifi Hacı Əjdəri ölümdən qurtarmışdı. Amma kənddə bildiyimə görə bu gün də bir xatirə dolaşır. Mühəndis Y.O. Yakimov Qubadlıda vəfat edir və sevdiyi qızın kəndində də dəfn olunur. 1979-cu ilin aprel ayında dəfn mərasimindən çəkilən foto-şəkillər bu gün də çekistin şəxsi arxiv sənədlərilə birgə keçmiş İttiqafın Xarici Kəşfiyyat İdarəsinin Arxivinə verildi. Sənədlər içərisində oxuyuruq ki, ümummilli liderimiz Qubadlıda dəfn olunmuş milliyyətcə yəhudi olan, dostu Oleq Aleksandroviç Yakimovun oğlu Yura Yakimovun məzarını düzəltdirdi. Sonra həmin məzar 1992-ci ildə ermənilər tərəfindən gülləyə tutuldu.
Mən, bu gün deyəsən bütün ənənələri pozdum. Millətin... Qubadlı camaatının yaxşı nəyi varsa, onu bir daha təhlil etdim. Yaddan çıxan nə vardısa, onu tədqiq etdim, araşdırdım.
124 şəcərənin üstündə qərar tutan, təqribən beş min il bundan öncə Allahdan yaşamaq hüququ alan təmiz gen heceyrələri üstündə dayanan, sütunları təmiz Əhd Qanı ilə bərkiyən Qubadlının “Qırmızı kitabı”nı ortaya qoydum. Bu “Qırmızı kitab” həm də çox ciddi şəkildə yazılan “Vatikan Coğrafiyası”nda xalqımızın, millətimizin Qubadlının genetik xəritəsi adlanır. Tarix boyu “Qırmızı kitab” deyəndə gülləri, çiçəkləri, nadir bitkiləri, ağacları... heyvanları, quşları... nəzərdə tutmuşuq. Daha anladıq ki, “Qırmızı kitab”a salına biləsi nadir insanlarımız, adamlarımız da var. Bütöv əxlaqına, mənəvi dəyərlərinə, sevgisinə, məhəbbətinə, sağlam düşüncə və həyat tərzinə görə... yaratdığı və bünövrəsini qoyduğu şəcərəyə görə, damarlarında min illərlə qoruyub saxladığı QAN-a görə... “Qırmızı kitab”a düşənlərimiz var. Nə üçün “Qırmızı?”... yaşıl yox, göy yox, sarı yox... məhz Qırmızı?.. Çünki Qan rəngindədir. Bəşəri yaşadan, yerə, göyə həyat verən, onlara yaşamaq hüququ verən Qan rəngidədir. Fransız filosofu Şarl Monteskye yazır ki, bu millətin yaşaması, tanınması üçün Allah ona hər şeyi verdi, əsirgəmədi. Lakin bədbəxtçilik odur ki, bu millətin dünyanı silkələyə biləcək tarixçiləri yoxdur. Sual olunur: - Bəs azərbaycanlıyam... deyən hökmdarların, şahların, sərkərdələrin sivilizasiyalarda əbədi yaşamaq qüdrəti olan “Vəsiyyətnamə”lərini kim oxuyacaq? Bu vəsiyyətnamələri oxuyub gələcək nəsilə çatdırmağı kimlər edəcək? Məlumata görə 1946-cı ildə arxeoloqlar qazıntılar apararkən balaca bir sandıqdan (uzunluğu 20 sm, eni 15 sm) üstü naxışlarla bəzədilmiş bir kitabça çıxır. Kitabçanın (12 səhifəlik) üstündə qədim ərəb əlifbası ilə yazılmışdı: “Qubadlının vəsiyyətnaməsi” (yəni rayonun vəsiyyətnaməsi. Bax: Tehran. “Ettelaat” qəzeti, 09.11.1946).
Başqa bir məlumatda isə bildirilir ki, bu vəziyyətnamə oxunmaq üçün Moskvakya aparıldı. Və bir daha onunla heç kəs maraqlanmadı... Və bu da qeyd olunur ki, Qubadlı ərazisində (biri-birinə yaxın olan kəndlərin dairəsində indiyədək məlum olmayan 8 kəndin dövrəsində kiçik ölçülü xüsusən təmiz qızıldan və brilliant qaşlardan ibarət bir xəzinə var...)
Vəsiyyətnamə ən gözəl Diplomatik sənəddir. Dünyanın “Vahid Konstitusiyası”nı yaza bilmədilər. Fikrimizcə bu Azərbaycanın Vahid Konstitutiyası bizim Şəcərə başçılarımızın vəsiyyətnamələri üstündə yazılmalı idi, yazılmadı... Məsələn, başqa millətlərdən fərqli olaraq, mənim atamın vəsiyyəti mənim başımın üstündə oxunub.
Araşdırmalarımıza görə, üç min səkkiz yüz (3.800) dava-dərman, dərman pereparatları məhz azərbaycanlının qanından, canından hazırlanmış NANƏ-Cövhərdəndir. Kəşfiyyat sənədlərində göstərilir ki, məfxi idarələrin Elmi-Tədqiqat Mərkəzlərində Azərbaycanlıya məxsus ətdən, dəridən, sümükdən, damardan, dırnaqdan, saçdan...
ABŞ-ın Fransanın, Böyük Britaniyanın, İtaliyanın, Almaniyanın... Şərqi Avropa ölkələrinin bir sıra əczaxanalarında demək olar ki, hər gün tonlarla dərman pereparatları hazırlanır. Ötüb keçən qanlı müharibələrdə işğalçılar ələ keçirdikləri var-dövləti bir yana qoyub, ancaq Qubadlı torpaqlarını kisələrdə daşıyıblar...
Xarici ölkələrin birində qurulmuş Peterson şəxsi arxivdə çalışarkən... Azərbaycan genetikası ilə məşğul olarkən... mənə xatırlatdılar: “Qubadlını sevin, Ali Baş Komandan kimi sevin, Birinci vitse-prezident kimi sevin. Çünki düşmənlərimiz çoxdur. Yadınıza salım ki, ABŞ-dakı erməni lobbisi Ağ Evə məktub göndərərək, xahiş edib ki, Vaşinqton onlara “Tektonik” silah versin...
Əliağa,
Cəfərov Professor
Beynəlxalq Ekologiya Akademiyasının
(Rusiya Federasiyası) akademiki