Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Misirdən gələn Azərbaycanlı İCESCO-NUN gənc sülh səfiri Sandi Salem Elnenay.

Misirdən gələn Azərbaycanlı  İCESCO-NUN gənc sülh səfiri Sandi Salem Elnenay.
14-08-2024, 01:04 48 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

​​​​“Gənclər Yaşıl Dünya Naminə”, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Mədəni irsimizin təbliği” layihəsi çərçivəsində 5ci Yay düşərgəsi keçirilib.
Sandi qeyd edib ki, müxtəlif ölkələrdən olan düşərgə iştirakçıları əvvəlcə Bakıda Fəxri xiyabanda Ulu Öndərimiz Ümummilli Lider Heydər Əliyevin məzarını, həmçinin Birinci və İkinci Şəhidlər xiyabanlarında Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirələrini ehtiramla anıblar.
Avqustun 2-si Laçında düşərgənin rəsmi açılış mərasimi oldu.
Həmçinin diqqətə çatdırılıb ki, Avqustun 7-nə kimi davam edən düşərgədə 60 ölkədən gələn 18-29 yaş arasında 115 gənc, o cümlədən azərbaycanlılar və ölkəmizə dost münasibəti bəsləyən digər xalqların nümayəndələri qatılıblar.
Düşərgə iştirakçılarının bir həftə ərzində Laçının, eləcə də Qarabağın tarixi, mədəni abidələri ilə tanış olacaqları, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimiz, həmçinin müxtəlif sahələr üzrə ekspertlər ilə görüşəcəkləri, maraqlı panel və seminarlarda, eləcə də əyləncəli və intellektual oyunlarda iştirak etdikləri vurğulanıb.
Düşərgəyə Misirdən qatılan Sandi Salem Laçının təbiətinin valehedici olduğunu, düşərgəyə seçildikləri və işğaldan azad edilmiş torpaqlarda olduqları üçün bir ayrı sevinc və qürur hissi keçirdiyini bildirib.
Beşinci Yay Düşərgələri xaricdəki gənc azərbaycanlıların ölkəmizlə əlaqələrinin daha da möhkəmləndirilməsi, Azərbaycanı uğurla təmsil etmək bacarıqlarının inkişaf etdirilməsi, şəbəkələşmələri, yeni dostlar qazanmaları üçün gözəl fürsətdir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI