Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Rusiyalı diplomat: Xəzər regionunun birləşdirici rolu artacaq

Rusiyalı diplomat: Xəzər regionunun birləşdirici rolu artacaq
13-08-2024, 01:25 88 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Xəzər regionunun birləşdirici rolu onun iqtisadi, nəqliyyat və geostrateji potensialı nəzərə alınmaqla artacaq.
bu barədə Rusiyanın Türkmənistandakı müvəqqəti işlər vəkili Pyotr Şukin “Xəzər dənizi - sülh və dostluq dənizi” adlı elmi-praktik konfransda çıxışı zamanı bildirib.
“Xəzər regionunun geostrateji, siyasi, resurs, nəqliyyat və iqtisadi potensialını nəzərə alsaq, onun Avrasiyanın mərkəzində yerləşən birləşdirici həlqə kimi rolu daha da artacaq”, - o deyib.
Şukin əlavə edib ki, hazırda Xəzər regionunun bütün ölkələrindən keçən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti artır.
Diplomat, həmçinin bütün Xəzəryanı dövlətləri, o cümlədən Rusiyanın Xəzər Şurasının yaradılması ideyasının həyata keçirilməsində fəal əməkdaşlığa çağırıb.
Qeyd edək ki, Beynəlxalq Xəzər dənizi gününə həsr olunmuş “Xəzər dənizi – sülh və dostluq dənizi” elmi-praktik konfransı Türkmənbaşı şəhərində (Türkmənistan) keçirilib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI