VETENİM-AZERBAYCANDIR.AZ
Mehriban xanımın vətəndaş əzmi, qaynar ictimai fəaliyyəti dövlətçilik inciləri kimi diqqət çəkir
Həyatını ictimai işlərə sərf edərək xoş məram, xeyirli məqsəd aşılayan insanlar cəmiyyətin xüsusi ehtiramına layiqdirlər. Bu insanlar həm də dövlət və dövlətçiliyimizin vacib resurslarıdır. Belə insanların əhatəsində olanda könüllər durulur... Ən əsası, belə insanlar Azərbaycan həqiqətlərini beynəlxalq aləmdə tanıdır, xalqımıza böyük rəğbət artırlar.
Səmimi etiraf edək ki, bir-birindən layiqli xidmətləri ilə könüllərdə həyat işığı yandıran, dövlətçilik irsimizin ən sədaqətli qoruyucularından, çoxəsrlik keçmişə malik ənənələrimizin sadiq təbliğatçılarından olan Mehriban Paşayeva da qəlbində misilsiz Azərbaycan sevgisi gəzdirir, aid olduğu sahəyə şərəflə qulluq edir və vacib ictimai nüansları yetişən nəsillərə çatdırır. Onun xalq ruhu ilə həmahəng olan işləri Azərbaycanın dövlətçilik xəzinəsinə misilsiz töhfələrdir. Onun insanlara məhəbbəti, odlu vətənpərvərlik hisləri, ictimai saflığa münasibəti, dərin koloritli ictimai fəaliyyəti Azərbaycan həqiqətlərinin parlaq səhifələrindəndir.
Həyatını xalq sevgisi üzərində qurmuş Mehriban xanımı oxucularımıza tanıdaq:
Qısa tanışlıq - Mehriban Əli qızı Paşayeva 16 fevral 1967-ci ildə Bakı şəhərində anadan olub. İxtisasca hüquqşünasdır. 2002-ci ildən 2005-ci ilədək Bakı şəhəri Səbail Rayon Bələdiyyəsində hüquqşünas, 2005-ci ilin yanvar ayından Səbail Rayon Bələdiyyəsində Təşkilat və Təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb. 28 yanvar 2010-cu il tarixində Mərkəzi Seçki Komissiyasının 23 dekabr 2009-cu il tarixli Qərarına əsasən Bakı şəhər Səbail Rayon Bələdiyyəsinin üzvü seçilib və Humanitar Komissiyanın sədr müavini vəzifəsində çalışıb. 2014-cü ildə Bakı şəhər Səbail Rayon Bələdiyyəsinə üzv seçilərək Ərazi və İnkişaf Komissiyasının sədri vəzifəsini icra edib. 2017-ci ildə Bakı şəhər Səbail Rayon Bələdiyyəsinin sədr müavini təyin olnub. 2022-ci ildən isə Bakıxanov Bələdiyyəsində Hüquq şöbəsinin müdiri vəzifəsində çalışır. 2021-ci ildən 7 saylı Səbail Seçki Dairəsinin Dairə Seçki Komissiyasının üzvüdür.
Ailəlidir, iki övladı var.
Mehriban Paşayeva “Soydaş” Sosial Mədəni Əlaqələr İB-nin sədri kimi də ictimai vəzifə daşıyır. Ölkədə və xaricdə keçirilən layihələrdə, xeyriyyə kampaniyalarında iştirak edir, həmçinin Türkiyədə ictimai fəallıq göstərir və rəsmi görüşlər keçirir.
Belə ki 30.08.2019-cu il tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “Soydaş Sosial Mədəni Əlaqələr” İB adından Zəfər bayramı münasibətilə təbrik edib və ona Azərbaycanın dövlət bayrağını hədiyyə edib. 30.11.2019-cu il tarixində isə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində iştirak edib. Bununla yanaşı, onun təşəbbüsü ilə Türkiyə Böyük Millət Məclisində “Dünyada sülh: Qarabağ Azərbaycandır!” layihəsinə start verilib. “SSMƏ” İB tərəfindən bu şüar altında təşkil olunan ilk tədbir 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunub.
Türkiyə Parlamentində 14.01.2020-də qurulan stenddə dr. Sabir Şahtaxtının “Soyqırımdan Xocalıya...”, “Böyük Ermənistan xülyası: faktlar və sübutlar” elmi əsərləri, Kəbutər Haqverdinin "O gecə qar qan rəngindəydi” romanı və s. kitablar nümayiş olunub. “SSMƏ” İB-nin sədri Mehriban Paşayeva və təşkilatın bir neçə digər üzvləri sərgilənən nəşrlər barədə ziyarətçilərə davamlı olaraq məlumat veriblər. Kitablar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, sabiq baş nazir Binəli Yıldırım, Türkiyə Parlamentinin sədri Mustafa Şentop, Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı, digər partiya sədrləri və deputatlara hədiyyə olunub. “Dünyada sülh: Qarabağ Azərbaycandır!” adlanan bu layihənin həyata keçirlməsində məqsəd Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırıması prosesinə töhfə verməkdir. Bunun üçün Türkiyənin ali təhsil müəssisələrində, o cümlədən, mədəniyyət mərkəzlərində və qalereyalarda ölkəmizə dair həqiqətləri əks etdirən stendlər quraraq, sərgilər təşkil olunacaq.
Ümumiyyətlə, Mehriban Paşayeva Türkiyədə keçirdiyi görüşlərdə vətəndaş cəmiyyəti nümayəndəsi olaraq Azərbaycanı layiqli şəkildə təmsil edir.
Göründüyü kimi, dövlətçilik irsinin geniş tədqiqi və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizə diqqətdir. Nə xoş ki, layiqli xidmətləri ilə milli-mədəni və ictimai varlığımızın tərkib hissəsinə çevrilmiş Mehriban Paşayevanın məzmunlu, sərrast və əhatəli işləri tariximizin yaddaş rəmzi kimi mənalanır. Bu reallığın içində ictimai gözəlliklə, müdrikliklə, bəşər idrakının kamilliyi ilə əhatələnmiş dövlətsevərlik Mehriban xanımı bizə daha sədaqətli bir vətəndaş kimi təlqin edir. Biz onun cəmiyyətimiz üçün gördüyü böyük işlərin fövqəlliyini, xəlqiliyini, sadəliyini, forma və xüsusiyyətlərini, ən əsası da keyfiyyətini çoxları üçün bir görk hesab edirik. O, cəmiyyətimizə verdiyi gözəl töhfələri ilə ictimai həyatı daha da zənginləşdirib. Bu zənginliyin ovqatı gerçək təbliğat işi, bu işin ictimai təsviri, əxlaqı, tərbiyəvi cəhətləri ilə duruluq tapır. Bunların fövqündə də Mehriban xanımın özünün vətəndaş əzmi, qaynar ictimai fəaliyyəti dövlətçilik inciləri kimi diqqət çəkir və əminik ki, gələcəkdə də bu ictimai irs lazımınca təbliğ ediləcək. Çünki onun bitkin ideyaları bir həyat atmosferidir, batini zəmində çox parlaqdır, həyatı əhatə edən boşluqları insan sevgisi ilə doldurur.
Şəxsiyyətinə də, ictimai düşüncəsinə də hörmətimiz olan Mehriban Paşayeva fəaliyyətə başladığı gündən dövlətçi atmosferdə qərar tutub. Ömür gündəliyindəki bütün istiqamətlər onun cəmiyyət işində nə qədər səmimi olduğunu göstərir, hansı tərzdə əmək sərf etdiyini ifadə edir. Bu addımların hamısının nizamı, qayda-qanunları Azərbaycan həqiqətləri ilə ehtiva edir. Bu uğurlar onun şəxsiyyət mövqeyinin dövlətçilik ənənəsi kimi xarakterizə oluna bilər.
Məhz bu rakurslardan yanaşaraq deyə bilərik ki, Mehriban xanım ömrünü ictimai işə həsr edib, lakin heç vaxt fərqlənmək, irəlidə olmaq və s. üçün canfəşanlıq etməyib, çəkdiyi zəhmət, çalışqan əzmi, yüksək təşkilatçılığı, dərin qabiliyyəti ilə harmoniya yaradıb, onu həmişə fərqli göstərib. Bu gün də o, çox fərqli ictimaiyyətçidir.
Bir sözlə, müasir Azərbaycan dövlətçiliyinin inkişafında Mehriban xanımın da misilsiz xidmətləri var və bu xidmətlər onun Vətən sevgisinin orijinallığı ilə məna tapır...