Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ceyhun Bayramov Türkiyə XİN rəsmisini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb - FOTO

Ceyhun Bayramov Türkiyə XİN rəsmisini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb - FOTO
1-08-2024, 20:13 132 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda sədərdə olan Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Şərqi Avropa və Cənubi Qafqaz Baş İdarəsinin rəisi Mehmet Samsarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Bildirilib ki, görüş zamanı, Azərbaycan və Türkiyə arasında mövcud müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, çoxtərəfli formatlar çərçivəsində əməkdaşlıq, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Bu kimi qarşılıqlı səfərlərin və XİN-lərarası məsləhətləşmələrin iki ölkə arasında gündəlikdə duran ikitərəfli və regional məsələlər üzrə ətraflı müzakirələrin aparılması baxımından əhəmiyyətli olduğu vurğulanıb.
İki ölkə arasında beynəlxalq və regional təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində, o cümlədən, iki ölkənin iştirakı ilə müxtəlif üçtərəfli və çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığın intensivləşməsinin zəruriliyi qeyd olunub.
C.Bayramov, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Sülh prosesinin qarşısında duran çağırışların, o cümlədən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən və Ermənistan konstitusiyasında iddiaların, üçüncü dövlətlər tərəfindən Ermənistanın hərbiləşməsinə töhfə verərək regional sabitliyə hədə törədən addımların hələ də qalmaqda olduğu diqqətə çatdırılıb.
Bu kimi təhdidlərin sülhə və sabitliyə, bölgədə qarşılıqlı əməkdaşlığa, regional nəqliyyat əlaqələrinin inkişafına, ümumilikdə regional normallaşmaya mane olduğu qeyd edilib və bu təhdidlərin aradan qaldırılmasının vacibliyi vurğulanıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI